AZ

Gəncənin nəqliyyat sahəsində mühüm dəyişikliklər həyata keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncəşəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədiləgenişmiqyaslı işlər həyata keçirilib.

Trend xəbər verirki, Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalarnəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcudmarşrut xətlərində optimallaşdırma aparılıb, 22 marşrut xəttininfəaliyyət göstərməsi müəyyən olunub. Yeni marşrut şəbəkəsisayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyataəlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasıməqsədilə 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutu üzrəmüsabiqə keçirilib və qaliblər müəyyən edilib. Ümumilikdə 280müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçünalınıb.

Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcılrəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərənbütün avtobuslarda gediş haqqını “CityCard” nağdsız ödəniş sistemi,NFC texnologiyasından istifadə edərək istənilən bank kartları,həmçinin mobil ödəniş vasitələri olan “Google Pay” və “Apple Pay”vasitəsilə ödəmək mümkündür.

Həyata keçirilən işlər arasında ictimai nəqliyyat sahəsindəçalışacaq peşəkar və məsuliyyətli sürücü heyətininformalaşdırılması da var. Bu işə töhfə vermək məqsədilə AYNA-nınTəlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçünpeşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423sürücü təlim və imtahan prosesini uğurla bitirib.

Eyni zamanda Gəncədə ictimai nəqliyyatın səmərəli idarəolunmasını təmin etmək məqsədilə müasir standartlara cavab verənyeni avtobus deposu kompleksi istifadəyə verilib. Kompleksdəümumilikdə 300 avtobusa xidmət göstərməyə şərait mövcuddur.Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxtrejimində izlənəcək.

Sərnişindaşıma sahəsinin optimallaşması istiqamətində bir sıralayihələr həyata keçirilib. Bunlardan biri də Dəmiryolu vağzalınınqarşısında nəqliyyat qovşağı layihəsi – Nəqliyyat MübadiləMəntəqəsidir. Burada dəmiryolu ilə avtomobil nəqliyyatınınqarşılıqlı əlaqəsi öz əksini tapıb. Parklanma və sərnişinlərinminib-düşməsi üçün ərazilər nəzərdə tutulub. Müasir tipli avtobusdayanacaqları və pavilyonlar quraşdırılıb. Ümumilikdə qovşağa 6marşrut xətti daxil olacaq və onlardan 2-nin son dayanacağı buradayerləşəcək. Samux istiqamətində hərəkət edən avtobusların daqovşağa gəlməsi nəzərdə tutulub.

Gəncə şəhərində təhlillər nəticəsində gediş-gəlişin və sıxlığınçox olduğu ərazilərdə yol infrastrukturu nəzərə alınaraq 34 müasirdayanacaq pavilyonu quraşdırılıb.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədəasfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənməişləri icra olunub, eyni zamanda 12 min kvadratmetr sahədə isə əlişləri həyata keçirilib. Yenilənmə aparılan küçə və prospektlərdəmüasir yanaşmadan istifadə olunub. Xətlənmə işləri yüksəkkeyfiyyətlə həyata keçirilib. Görülən işlər çərçivəsində ümumilikdə4000-dən çox yol nişanı quraşdırılıb.

Gəncə şəhərində təhlillər aparılaraq mikromobillik zolaqlarınınsalınması üçün uyğun yerlər müəyyənləşdirilib. Hazırda 2.7 kmmikromobillik zolağı əlaqələndirilib, əlavə olaraq 1-ci mərhələdə2.6 km yolun çəkilməsi nəzərdə tutulur. Şəbəkənin uzunluğunun 5.3km-ə çatdırılması planlaşdırılır.

Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyənedilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksiduracağı üçün yer təyin olunub. Şəhərin 3 yerində minib-düşməməntəqəsinin yeri müəyyənləşdirilib, müvafiq nişanlarquraşdırılıb.

Gəncədə həyata keçirilən bütün dəyişikliklər şəhər daxilindəictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətlixidmətin göstərilməsinə, piyadaların və sürücülərintəhlükəsizliyinin artırılmasına xidmət edir.

Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Gəncənin
Seçilən
46
10
az.trend.az

10Mənbələr