AZ

Çində sosial şəbəkələrdə "mənfi enerjili" paylaşımlar qadağan ediləcək

Çində sosial şəbəkələrdə "mənfi enerjili" paylaşımlar qadağan ediləcək.

BAKU.WS xəbər verir ki, Çin hökuməti 1 oktyabrdan etibarən sosial şəbəkələrdə yeni qaydalar tətbiq edəcək. Qaydalara görə, istifadəçilərin həyat, iş və təhsil ilə bağlı şikayət xarakterli və ümidsizlik, kədər, pessimizm ifadə edən paylaşımları qadağan olunacaq.

Yeni tənzimləmələrə əsasən, bu tip paylaşımları silmək və qaydalara əməl olunmasını təmin etmək məsuliyyəti sosial platformaların üzərinə düşür. Qaydaları pozan platformalara cərimələr tətbiq ediləcək, istifadəçilərin isə hesabları bloklana bilər.

Seçilən
30
1
far.az

2Mənbələr