AZ

ABŞ zirehli texnikaları Rusiya sərhədinə GƏTİRİLDİ

Estoniyada ABŞ-ın zirehli texnikasının hərəkəti qeydə alınıb və tank dəstələrinin sərhəd bölgələrinə yönləndirildiyi bildirilir.

Turkustan.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, dəmiryolu vasitəsilə daşınan zirehli texnika Rusiya ilə sərhədə yaxın ərazilərə yerləşdirilir.

Müşahidəçilər bu hərəkəti bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi kimi qiymətləndirir.

Qeyd edilib ki, bu addım NATO-nun Baltik regionunda mövqelərini gücləndirməsi və potensial təhdidləri azaltmaq məqsədilə atılmış ola bilər./Musavat.com

Seçilən
26
9
turkustan.az

10Mənbələr