AZ

Putin Gerasimovdan hədiyyə gözləyir, yoxsa qovacaq

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun taleyi Prezident Vladimir Putinin ad günündən sonra həll olunacaq. Prezident ondan konkret hədiyyə gözləyir.

Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, rus ordusu Vladimir Putinin doğum gününə qədər cəbhədə böyük uğur qazanarsa, Valeri Gerasimov Baş Qərargah rəisi olaraq qalacaq:

“Bildiyimə görə, Gerasimov aydın siqnal aldı: oktyabrın 7-nə qədər cəbhədə çox ciddi bir şeyə nail olmaq lazımdır. Uğur qazansa, vəzifəsində qalacaq. Əks halda, düşünürəm ki, Andrey Mordviçev tezliklə Baş Qərargah komandanı vəzifəsinə keçəcək”.

Seçilən
40
1
axar.az

2Mənbələr