AZ

Ərəbistan klubu tanınmış baş məşqçini istefaya göndərdi

“Əl-İttihad” baş məşqçi Loran Blanın müqaviləsinə xitam verdiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Blanın köməkçisi Həsən Xəlifə komandanın müvəqqəti baş məşqçisi, gənclərdən ibarət komandanın məşqçisi İvan Karrasko isə onun köməkçisi vəzifəsinə təyin edilib.

Blan 2024-cü ilin iyul ayından “Əl-İttihad”a başçılıq edirdi. Fransalı mütəxəssisin rəhbərliyi altında komanda 2024/25 mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqasını və kral kubokunu qazanıb.

“Əl-İttihad” cümə günü Səudiyyə Ərəbistanı çempionatının 4-cü turunda evdə “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzub və hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Seçilən
25
sportinfo.az

1Mənbələr