Danimarka bazar ertəsindən cümə gününə qədər bütün mülki dronlar üçün hava məkanını bağlayacaq.
Musavat.com xəbərv erir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi bildirib.
“Gələn həftə Danimarka Avropa İttifaqının dövlət və hökumət başçılarını qəbul edəcək və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirəcəyik. Buna görə də, bazar ertəsindən cümə gününə qədər bütün mülki pilotsuz təyyarələr üçün hava məkanını bağlayırıq”, - deyə məlumatda bildirilir.
Almaniyanın N-tv telekanalının məlumatına görə, bu qərar ölkədə son günlər hava limanları və hərbi bazalar üzərində naməlum dronların görünməsi ilə əlaqədar qəbul edilib.
Musavat.com