AZ

Əslən Qarabağdan olan türkiyəli şair vəfat edib

Türkiyəli şair Yavuz Bülent Bakiler vəfat edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Yavuz Bülent Bakiler əslən azərbaycanlıdır, babaları Qarabağdan Sivasa köçüb.

Qeyd edək ki, 89 yaşlı şair "Harman", "Yalnızlık", "Duvak" ve "Seninle" kimi şeir kitablarıyla məşhur idi. Şair həmçinin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına dərindən bağlılığı ilə tanınırdı.

Seçilən
46
8
qaziler.az

10Mənbələr