AZ

ABŞ sahillərinə “İmelda” tropik fırtınası yaxınlaşır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Nyu-York, 28 sentyabr, AZƏRTAC

Atlantik okeanındakı qeyri-sabit hava şəraitinin yerli vaxtla bazar günü axşam saatlarında (Bakı vaxtı ilə növbəti gün erkən saatlarda) “İmelda” tropik fırtınasına çevriləcəyi gözlənilir.

AZƏRTAC-ın məlumatına görə, təhlükəli hava xəbərdarlığı hazırda güclü yağışın müşahidə olunduğu mərkəzi və şimal-qərb Baham adaları üçün qüvvədədir. Baham adalarında və Kubanın şərqində yağıntıların miqdarı 4-30 santimetrarası dəyişə və bu da daşqınlara səbəb ola bilər.

“İmelda” tropik qasırğası 24-36 saat ərzində Cənub-Şərqi sahilləri boyunca qurudan kənarlaşacaq. Bazar ertəsinə qədər şimala və Floridanın Atlantik sahillərinə paralel hərəkət etdikdən sonra fırtına çərşənbə axşamından çərşənbə gününə qədər qasırğaya çevrilərək, şərqə doğru hərəkət edəcək və sahildən uzaqlaşacaq.

“İmelda” Atlantik okeanında “Hamberto” qasırğası ilə birləşəcək. Güclü 4-cü kateqoriyalı qasırğa şənbə günü açıq okeanın üzərində 5-ci kateqoriyaya yüksələcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
5
azertag.az

6Mənbələr