Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.