AZ

“Kim yaxşı olacaqsa, o da meydana çıxacaq” – Kurban Berdıyev

Azərbaycan Premyer Liqasının 6-cı turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin önünə çıxıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib:

“Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik”.

– İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?

– Xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.

– Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısız?

– Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.

– Bu gün Faiq Hacıyev sağ cinahda, Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat skamyada görə bilərik?

– Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq.

Seçilən
22
9
msport.az

10Mənbələr