Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin aeroport yolu adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində Gəncə şəhər sakinləri 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağırdır
Faktla bağlı araşdırma başlanılıb.