AZ

Danimarkada dron uçuşları qadağan ediləcək

Danimarka hava məkanı 29 sentyabr – 3 oktyabr tarixlərində ölkədə keçiriləcək Avropa İttifaqı (Aİ) sammiti səbəbindən mülki pilotsuz uçuş aparatları (PUA) üçün bağlanacaq.

Trend xəbər verir ki, bu barədə Danimarkanın nəqliyyat idarəsi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində baş verən dron hadisələri və qarşıdan gələn sammitlə əlaqədar bütün Danimarka ərazisində bazar ertəsi – 29 sentyabrdan cümə günü – 3 oktyabr 2025-ci ilədək bütün PUA uçuşları üçün müvəqqəti qadağa tətbiq ediləcək.

Qadağa sutka boyu qüvvədə olacaq. Xüsusi hallarda pilotsuz təyyarə operatorları təcili və sosial əhəmiyyətli uçuşlarla bağlı qadağadan azad olunmaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, hava məkanı Mülki Aviasiya Qanununun müddəalarına uyğun olaraq bağlanıb. Bu qanun nəqliyyat nazirinə ictimai təhlükəsizliyi təmin etmək üçün lazım olduqda həm bütün hava məkanını, həm də onun hissələrini bağlamaq hüququ verir.
Seçilən
32
1
sherg.az

10Mənbələr