AZ

Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Açılış mərasimi Azərbaycan Respublikasının üçrəngli Bayrağının arenaya gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı keçirilib.

Azərbaycan Bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə arenasına gətiriblər. Mərasimdə III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.

Sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub. Prezident İlham Əliyev III MDB Oyunlarını açıq elan edib. Tədbir bədii proqramla davam etdirilib.

Seçilən
29
23
90deqiqe.az

10Mənbələr