Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
Operativ Media xəbər verir ki, turun qapanış matçında "Sabah" və "Sumqayıt" üz-üzə gəliblər.
Hərəyə bir qol vuran komandalar 1-1 hesablı heç-heçə razılaşıblar.
Qeyd edək ki, bu gün keçirilən digər matçda "Turan Tovuz" "Kəpəz"i 3-0 hesabı ilə məğlub edib.