AZ

Tramp kilsədəki atışmanı ABŞ-da xristianlara qarşı hücum adlandırıb

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında yerləşən kilsədəki atışmanı ölkədə xristianlara qarşı məqsədyönlü hücum adlandıraraq federal hakimiyyətin araşdırmaya yardım edəcəyini deyib.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mənə Miçiqanın Qrand-Blenk şəhərindəki kilsədə dəhşətli atışma haqqında məlumat verilib... Dərhal hadisə yerinə gələn FTB federal səviyyədə araşdırmada aparıcı rol oynayacaq və ştat rəsmiləri ilə yerli hakimiyyətə tam dəstək göstərəcək".

"Şübhəli şəxs ölüb, lakin müəyyənləşdiriləsi çox şey var. Görünür ki, bu, ABŞ-da xristianlara qarşı daha bir məqsədyönlü hücumdur. Tramp administrasiyası həmişə etdiyi kimi ictimaiyyəti məlumatlandıracaq. Ölkəmizdəki bu zorakılıq epidemiyası dərhal dayandırılmalıdır", - deyə o vurğulayıb.

Seçilən
31
1
ikisahil.az

2Mənbələr