Moldovada keçirilən parlament seçkilərində protokolların 95%-nin hesablanmasından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 47,83% səs toplayıb.
"Report" bu barədə Moldova MSK-ya istinadən xəbər verir.
İkinci yerdə Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" qərarlaşıb. O, 25,75% səs toplayıb. Sıralamada daha sonra avropayönümlü partiyaların "Alternativ" bloku (8,41%), Renato Usatının "Bizim Partiya"sı (6,27%) və "Demokratiya evdədir" Partiyası (6,28%) gəlir.
Bir sıra xarici məntəqələrdə səslərin hesablanması artıq başa çatıb.
MSK-nın məlumatına görə, seçici fəallığı 52% təşkil edib.