AZ

Moldovada parlament seçkiləri: Sandunun partiyası liderdir

Moldovada keçirilən parlament seçkilərində seçici fəallığı 33 faizi ötüb.

Bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Beləliklə, seçicidən ən azı üçdə biri səs verdiyi üçün parlament seçkiləri baş tutmuş sayılır.

Qeyd edək ki, indiyə qədər ölkə üzrə 962 mindən çox seçici səsv verib. Bundan əlavə, xaricdə yaşayan 132 min moldovalı da seçkiyə qatılıb.

Moldova prezidenti Maia Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyası parlament seçkilərində səslərin 38,5 faizini, Sosialist Partiyasının ətrafında yaradılmış Vətənpərvərlik Bloku isə 33,6 faizini toplayıb.

Bu rəqəmlər Mərkəzi Seçki Komissiyası tərəfindən səslərin 20%-nin sayılmasından sonra dərc edilib.

Avropayönümlü “Evdə Demokratiya” partiyası 7,4% səslə, “Bizim Partiya” da 6,8 % səslə parlamentə daxil olub.

Seçilən
4
6
turkustan.az

8Mənbələr