Moldovada keçirilən parlament seçkilərində protokolların 30%-nin emalından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 40,19% səslə liderlik edir.
"Report"un respublikanın mərkəzi seçki komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 31,29% səs toplayıb.
***
Moldovada parlament seçkiləri baş tutmuş hesab olunub, siyahılara daxil edilənlərin 52%-dən çoxu artıq səs verib.
"Report"un məlumatına görə, bu barədə məlumat respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yer alıb.
Qeyd olunub ki, ümumi seçici fəallığı 1,5 milyon nəfərdən çox olub.