AZ

Moldovada hakim partiya parlamentdə üstünlük qazanıb

Kişineu, 29 sentyabr, AZƏRTAC

Moldova Mərkəzi Seçki Komissiyası sentyabrın 28-də keçirilmiş parlament seçkilərinin bülletenlərin 90 faizindən çoxunu hesablayıb.

Bu barədə AZƏRTAC Moldova Mərkəzi Seçki Komissiyasının rəsmi saytına istinadla məlumat yayıb.

Seçki bülletenlərinin 91 faizinin hesablanması ilə Prezident Maya Sandunun partiyası öndədir.

Hakim Fəaliyyət və Həmrəylik Partiyası 46,46 faiz, Vətənpərvərlər Bloku isə 26,74 faiz seçicinin etimadını qazana bilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Seçilən
54
7
azertag.az

8Mənbələr