AZ

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Azərbaycanda təşkil olunan III MDB Oyunlarında 8 idman növü üzrə yarışlar keçiriləcək.

News24.az xəbər verir ki, Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi baş tutacaq.

Qəbələ Atıcılıq Klubunda stend atıcılığı, Gəncə İdman Sarayında isə üzgüçülük üzrə növbəti yarışlar keçiriləcək.

Qəbələ Şəhər Stadionunda gerçəkləşən U-16 futbolda isə Belarus Özbəkistanla, Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.

Bu gün, həmçinin 4 idman növü üzrə yarışlara start veriləcək.

Yevlax Olimpiya İdman Kompleksində boks, Göygöl Olimpiya İdman Kompleksində sambo, Mingəçevir Kür Olimpiya Mərkəzində taekvondo yarışları keçiriləcək. Gəncə İdman Sarayında isə voleybol görüşləri başlayacaq.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


Seçilən
86
32
news24.az

10Mənbələr