AZ

Türkiyədə avtomobil piyadaları vurduqdan sonra aşıb

Türkiyənin Hatay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” TRT-yə istinadən xəbər verir ki, İskenderun rayonunda avtomobil səkidəki 4 piyadanı vurduqdan sonra aşıb.

Nəticədə piyadalardan 3-ü hadisə yerində keçinib, digəri və avtomobildəki 2 nəfər isə xəsarət alıblar. Yaralananlar İskenderun Dövlət Xəstəxanasına aparılıblar.

Hadisə barədə araşdırma başladılıb.

Seçilən
14
ikisahil.az

1Mənbələr