AZ

Moldovada seçkilərin qalibi yenə hakim partiya oldu

Bazar günü Moldovada keçirilən parlament seçkilərində ölkə prezidenti Maya Sandunun partiyası qələbə qazanıb.

News365.az-ın məlumatına görə, onun partiyası səslərin 49.99 faizini əldə edib.

Səsvermədə istifadə edilən bülletenlərin demək olar ki, hamısı - 99.47 faizi sayılıb.

Yeni çağırış parlamentə iki seçki bloku və üç partiya vəsiqə qazanacaq .

Müxalif Vətənpərvərlər Bloku 24,28% səslə ikinci yerdə qərarlaşıb. Digər Avropayönlü siyasi təşkilat olan Alternativ blok isə 8% səs toplayıb.

Bu üç siyasi qüvvədən başqa daha iki partiya parlamentə daxil ola bilər. Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarı olan milli mühafizəkar Vasile Kostyukun rəhbərlik etdiyi “Evdə demokratiya” 5,64% və populist Renato Usatiinin rəhbərlik etdiyi “Bizim partiya” 6% səs toplayıb.

Parlament seçkilərində seçici fəallığı 52 faiz təşkil edib.

Seçilən
23
4
news365.az

9Mənbələr