AZ

Fransa kəşfiyyatı Moldovadakı seçkilər ərəfəsində senzura istəyib -Durov

Telegram-ın qurucusu Pavel Durov bildirib ki, bir il əvvəl Fransa xüsusi xidmət orqanları ondan Moldovadakı prezident seçkiləri öncəsi bəzi kanalları senzura etməyi xahiş edib.

Onun sözlərinə görə, müraciət vasitəçi vasitəsilə edilib və qarşılıq olaraq Fransa kəşfiyyatının Fransada ona qarşı aparılan məhkəmə işində hakimə “tapşırılacağı” vəd olunub.

Durov deyib ki, təqdim olunan ilk siyahıda Telegram qaydalarını açıq şəkildə pozan bir neçə kanal olub və onlar silinib.

Lakin daha sonra göndərilən siyahıda əsasən legitim, lakin Fransa və Moldovanın xoşlamadığı siyasi mövqelər paylaşan kanallar yer alıb.

“Biz bu tələbi yerinə yetirməkdən imtina etdik,” –  Durov vurğulayıb və əlavə edib ki, Telegram-a senzura tətbiq etmək cəhdlərini ifşa etməkdə davam edəcək.

Fransa və Moldova hökumətləri hələlik Durovun açıqlamalarını şərh etməyib.

Bəyanatlar Moldovada parlament seçkiləri günü səsləndirilib.

N.Təbrizli

Seçilən
13
anews.az

1Mənbələr