İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs saxlanılıb.
“Yeni Sabah” Unikalaz-a istinadən xəbər verir ki, sentyabrın 28-də gecə radələrində rayonun Talıstan kəndində şəxsi münasibətlər zəminində insident olub.
Hadisə nəticəsində rayon sakinləri – 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib. pizza
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
Məlumata görə, hadisə toydan sonra olub və bıçaqlananlardan biri Səid adlı bəydir.
Telegram kanalımız