BAKI, 29 sentyabr. TELEQRAF
Hindistan Rusiyadan əlavə S-400 sistemləri almaqla, zenit-raket arsenalını genişləndirməyi düşünür.
Teleqraf xəbər verir ki, bu barədə “The Print” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Mənbələr Hindistan tərəfinin nəzərdən keçirdiyi variantlar arasında təkcə S-400 deyil, S-500 sistemlərinin də adını çəkib.
“S-400 Pakistana qarşı “Sindur” əməliyyatında özünü çox yaxşı sübut etdi və böyük çəkindirmə potensialına malikdir. Bəli, bu sistemlərdən daha çox əldə etməyi düşünürük. Yaxud S-500”, - nəşr vurğulayıb.