AZ

Toyda bəy də daxil olmaqla 4 nəfəri bıçaqladı

Sentyabrın 28-də axşam saatlarında İsmayıllı rayonunun Talıstan kəndində keçirilən toy mərasimində baş verən münaqişə nəticəsində biri ağır olmaqla 4 nəfər bıçaq xəsarətləri alıb. Bu barədə unikal məlumat yayıb.

Hadisə ilə bağlı 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb.

İlkin məlumatlara görə, xəsarət alanlar 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü rayon sakinləridir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir və o, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Polisin araşdırmalarına əsasən, insident kənd sakini Elşən Babayevin həmkəndlisi Səidin toy mərasimində baş verib. Babayevin spirtli içkinin təsiri altında qonaqlardan biri ilə mübahisə etdiyi, daha sonra münaqişənin mağaradan kənarda davam etdiyi bildirilir. Münaqişə zamanı Babayevin bıçaqla 4 nəfərə – o cümlədən bəyə – xəsarət yetirdiyi iddia olunur.

Saxlanılan şəxs ilkin ifadəsində hadisəyə atasına qarşı səsləndirilən xoşagəlməz fikirlərin səbəb olduğunu bildirib.

Faktla bağlı araşdırma davam edir.

Seçilən
12
2
anews.az

3Mənbələr