AZ

Dünyanın ən sürətli 10 qatarı... - Siyahı - Fotolar

Dünyanın

Hazırda sürət qatarları sadəcə nəqliyyat vasitəsi yox, həm də müasir texnologiyanın gücünü göstərən bir nümunəyə çevrilib. 2025-ci ildə bütün dünyanın ən sürətli 10 qatarının adı dərc olunub.

Reyting.az
xəbər verir ki, ilk üçlüyə daxil olan sürət qatarları ancaq iki ölkəyə məxsusdur.

Yaponiyaya məxsus "L0 Maglev" saatda 505 kilometr sürətlə gedir. Bu qatar test mərhələsini uğurla keçməklə, Tokio-Osaka arasındakı məsafəni 67 dəqiqəyə qət edib.

Çində istehsal olunmuş "Shanghai Maglev" qatarı saatda 460 kilometr sürətlə hazırda dünyanın ən sürətli kommersiya qatarı sayılır. Digər bir sürətli Çin qatarı "CR450" isə təxminən 2026-2027-ci illər ərzində istifadəyə veriləcək ki, onun da maksimal sürəti 450 km/saat olacaq.

Digər sürətli qatarlar:

"TGV" (Fransa) – 574,8 km/saat rekord (2007), kommersiyada 320–350 km/saat.

"CR400" (Çin) – əsas və ən müasir, sürətli şəbəkə qatarı.

"Talgo 350" (İspaniya) – maksimal sürəti 350 km/saat. Madrid–Barselona marşrut xətti ilə hərəkət edir.

"Shinkansen E5/H5" (Yaponiya) – 320 km/saat.

"ICE 3/3neo" (Almaniya) – 320 km/saat, yeni interyer və rahatlıq.

"Eurostar E320" (Avropa) – 320 km/saat. Marşrutu London–Paris–Brüssel.

"KTX-Sancheon" (Cənubi Koreya) – çox yüksək səviyyədə rahatlıq. Qatarın sürəti 305–320 km/saat.

Dünyada sürətli qatar texnologiyası daim inkişaf edir. Hələ ki, əsas lider ən sürətli kommersiya qatarı, Çinin istehsalı olan "Şanxay Maglev" hesab edilsə də, mütəxəssislərin fikrincə, çox yaxın illərdə Yaponiyanın "L0 Maglev" adlanan yeni və daha müasir sürət qatarı layihəsi Çini ötüb birinciliyi ələ ala bilər.











Oqtay QORÇU
Seçilən
24
1
reyting.az

2Mənbələr