AZ

Macarıstandan Zelenskiyə elə bir təklif edildi ki...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Macarıstan Ukraynanı öz ərazilərindən imtina etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin dövlət katibi Levente Magyar danışıb.

O, münaqişənin sülh yolu ilə həlli müqabilində Ukraynaya ərazisinin beşdə birindən imtina etməyi təklif edib:

“Mən Ukraynaya nə edəcəyini demək istəmirəm. Sadəcə olaraq təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, sülh bəzən ağrılı ola bilər”.

Magyar Kiyevin hazırkı durumunu Birinci Dünya müharibəsinin sonunda Budapeştin vəziyyəti ilə müqayisə edib:

“Bizim iki variantımız var idi: ya silaha sarılmaq, ya da sülh şərtlərinə razı olmaq, hətta bu, ölkə ərazisinin üçdə ikisini itirmək bahasına olsa belə…O vaxt Macarıstan hökuməti ərazisinin ən azı üçdə birini qorumaq üçün çətin də olsa, düzgün qərarı qəbul edib. Ukrayna Prezidenti Volodimir Zelenski də məhz bunu etməlidir”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr