AZ

BMTM sədri: Zəngəzur dəhlizinin reallaşması Türk dövlətləri arasında yeni imkanların yaranmasına şərait yaradır

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi regionumuz üçün yeni əməkdaşlıq imkanları yaradır, xüsusilə, Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması Türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanların yaranmasına şərait yaradır”.

APA xəbər verir ki, bunu “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” mövzusuna həsr olunmuş konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

"Bu istiqamətdə Türk dövlətlərinin dəstəyi olduqca mühüm və həlledici rol oynayır. Bu dəstək, eyni zamanda, Orta Dəhlizin gücləndirilməsinə, təhlükəsizliyimizin təmin edilməsinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə xidmət edəcək", - Şəfiyev bidirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
6
apa.az

7Mənbələr