Qızıl qiymətləri ABŞ dollarının zəifləməsi, FED-in faiz endirimlərini davam etdirəcəyi gözləntiləri və Donald Trampın gözlənilməz siyasətlərindən dəstək alaraq yüksəlişini davam etdirir.
BAKU.WS xəbər verir ki, dolların etibar itirməsi investorları alternativ təhlükəsiz liman axtarışına yönəldib. Bu şəraitdə qızıl bazarı ön plana çıxıb.
Tarixdə ilk dəfə olaraq qızılın unsiyası 6460 manatı ötüb.
Qeyd edək ki, ötən həftənin məlumatına əsasən Azərbaycanda 585 əyar (Türk qızılı) 160-162 manat, 750 əyar (İtalyan qızılı) isə 200-210 manat arasında satılır.