AZ

Moldova seçkiləri: hakim partiya yenidən qələbə qazandı

Bazar günü Moldovada keçirilən parlament seçkilərində ölkə prezidenti Maya Sandunun partiyası qələbə qazanıb.

Adalet.az  xəbər verir ki, onun partiyası səslərin 49.99 faizini əldə edib.

Səsvermədə istifadə edilən bülletenlərin demək olar ki, hamısı - 99.47 faizi sayılıb.

Yeni çağırış parlamentə iki seçki bloku və üç partiya vəsiqə qazanacaq .

Müxalif Vətənpərvərlər Bloku 24,28% səslə ikinci yerdə qərarlaşıb. Digər Avropayönlü siyasi təşkilat olan Alternativ blok isə 8% səs toplayıb.

Bu üç siyasi qüvvədən başqa daha iki partiya parlamentə daxil ola bilər. Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarı olan milli mühafizəkar Vasile Kostyukun rəhbərlik etdiyi “Evdə demokratiya” 5,64% və populist Renato Usatiinin rəhbərlik etdiyi “Bizim partiya” 6% səs toplayıb.

Parlament seçkilərində seçici fəallığı 52 faiz təşkil edib.

Seçilən
23
4
adalet.az

9Mənbələr