ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Moldovada keçirilən parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası liderdir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Moldovanın Mərkəzi Seçki Komissiyası yayıb.
Belə ki, səslərin 99.65%-nin hesablanmasından sonra, Sandunun partiyası 50,06 faiz səs toplayıb. Bu isə onun partiyasının parlamentdə 101 yerdən 54-nü tutması deməkdir.
Rusiyayönümlü “Vətənpərvərlik bloku” isə səslərin 24,25 faizini toplayıb ki, bu da parlamentdə 27 yeri təmin edir.
Daha bir Avropayönümlü “Alternativ” bloku isə ilkin məlumata əsasən, 8 mandat əldə edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.