AZ

Zeynəb Xanlarova və nəvəsinin bu görüntüsü narazılıq yaratdı VİDEO

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalq artisti Zeynəb Xanlarova və nəvəsi tənqid obyektinə çevrilib.

Globalinfo.az xəbər verir ki, ötən gün “Gülüstan sarayında” baş tutan toy mərasimindən yayılan kadrlar birmənalı qarşılanmayıb.

Belə ki, bir qrup şəxs Z.Xanlarovanın təvazökarlıqdan uzaq davranış sərgilədiyini qeyd edib. Əksəriyyət isə xüsusilə Xalq artistinin nəvəsini hədəfə alıb. Görüntülərin birində gəlinin saqqız çeynədiyini vurğulayan istifadəçilər bunun etik olmadığını yazıb.

Digər qrup şəxslər isə toy mərasimindən yayılan görüntüləri xoşluqla qarşılayıb. Bildiriblər ki, müasir dövrdür, gəlin də, bəy də istədiyi kimi davrana bilər. Xalq artistinə gəldikdə isə, sənətinin böyük olduğu, özünə yaraşan tərzdə davrandığı vurğulanıb.

Qeyd edək ki, sentyabrın 28-də Zeynəb Xanlarovanın adını daşıyan 25 yaşlı nəvəsi Zeynəb bu gün Tamerlan bəylə ailə qurub.

View this post on Instagram

A post shared by Globalinfo.az (@globalinfo_az)

Günel Cəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr