AZ

Yarış xəritəsi: MDB Oyunlarının 4-cü günündə hansı idman növləri və harada keçiriləcək?

Yarış
III MDB Oyunlarının dördüncü günündə 8 idman növü üzrə yarışlar keçiriləcək. 1news.az-ın əməkdaşının verdiyi məlumata görə, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə həlledici qarşılaşmalar baş tutacaq.
Qəbələ Şəhər Stadionunda 16 yaşadək (U-16) futbol komandaları arasında növbəti oyunlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla, A qrupunda isə Qırğızıstan Tacikistanla qarşılaşacaq. Bununla yanaşı, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı üzrə təsnifat və final görüşləri keçiriləcək. Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Burada həmçinin voleybol oyunlarına start veriləcək. A qrupunda Azərbaycan yığması Tacikistanla, B qrupunda isə Belarus Qırğızıstanla üz-üzə gələcək. Göygöl Olimpiya Kompleksində sambo, Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Olimpiya Mərkəzi “Kür”də isə taekvondo yarışları keçiriləcək.

Faiqə Məmmədova

Seçilən
30
7
1news.az

10Mənbələr