AZ

İsrail ordusu Qəzzada bir xəstəxananı mühasirəyə alıb

İsrail ordusunun hücumundan sonra Qəzza şəhərindəki xəstəxana binasında azı 90 nəfər içəridə sıxılmış vəziyyətdə qalıb.

7Times.az xəbər verir ki, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.

Məlumatına görə, Qəzza şəhərində yerləşən “Hilu” xəstəxanasında 90-dan çox həkim və xəstə binada qapalı vəziyyətdədir.

İsrail qoşunları bu tibb müəssisəsinə bir neçə artilleriya mərmisi atıb. Qeyd olunur ki, xəstəxananın uşaq şöbəsində azı 12 vaxtından əvvəl doğulmuş körpə, həmçinin xərçəng xəstələri var.

“Al Jazeera“ telekanalının məlumatına görə, hazırda “Hilu” xəstəxanasının binası İsrail ordusunun ağır texnikası və tankları ilə əhatəyə alınıb və giriş-çıxış tam bağlanıb.

APA
Seçilən
8
2
7times.az

3Mənbələr