AZ

Bank sektorunun xalis mənfəəti 774 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-avqust aylarında 774.3 mln. manat xalis mənfəət, 1,187.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 0,3%, əməliyyat mənfəəti isə 3,4% artıb.

Məlumata görə, cari ilin ilk 8 ayında banklar tərəfindən 187.9  mln. manat (7,3% çox) məbləğində mənfəət vergisi ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
1
banco.az

2Mənbələr