AZ

Mbappe, Viniçius və Bellingem: “Real”ın “Kayrat”la oyuna heyəti açıqlandı

Madridin “Real” klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Qazaxıstanın “Kayrat” komandası ilə keçiriləcək oyuna heyətini açıqlayıb. Vətəninfo.az xəbər verir ki,  bu barədə Kazinform agentliyinin müxbiri məlumat yayıb.

Baş məşqçi Xabi Alonso qarşılaşma üçün komandanın bütün əsas ulduzlarını heyətə daxil edib — Kilian Mbappe, Viniçius Junior və Cud Bellingem oyuna hazır vəziyyətdədir. Bundan əlavə, heyətdə gənc futbolçular — Endrik və Franko Mastantuono da yer alıb.

“Real”ın “Kayrat”la oyuna heyəti:

🔹 Qapıçılar:

Tibo Kurtua

Andrey Lunin

Xavi Navarro

🔹 Müdafiəçilər:

David Alaba

Markos Asensio

Adrian Karreras

Frank Qarsiya

Hesus Heysen

David Ximenez

🔹 Yarımmüdafiəçilər:

Cud Bellingem

Eduardo Kamavinqa

Federico Valverde

Aurelien Çuameni

Arda Güler

Dani Sebalyos

🔹 Hücumçular:

Viniçius Junior

Endrik

Kilian Mbappe

Rodriqo

Qonsalo

Brahim Dias

Franco Mastantuono

Görüş 30 sentyabr tarixində Almatıdakı Mərkəzi Stadionda baş tutacaq. Oyunun start fiti 20:45-də (Bakı vaxtı ilə) səslənəcək.

Seçilən
6
veteninfo.az

1Mənbələr