Madridin “Real” klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Qazaxıstanın “Kayrat” komandası ilə keçiriləcək oyuna heyətini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Kazinform agentliyinin müxbiri məlumat yayıb.
Baş məşqçi Xabi Alonso qarşılaşma üçün komandanın bütün əsas ulduzlarını heyətə daxil edib — Kilian Mbappe, Viniçius Junior və Cud Bellingem oyuna hazır vəziyyətdədir. Bundan əlavə, heyətdə gənc futbolçular — Endrik və Franko Mastantuono da yer alıb.
“Real”ın “Kayrat”la oyuna heyəti:
🔹 Qapıçılar:
Tibo Kurtua
Andrey Lunin
Xavi Navarro
🔹 Müdafiəçilər:
David Alaba
Markos Asensio
Adrian Karreras
Frank Qarsiya
Hesus Heysen
David Ximenez
🔹 Yarımmüdafiəçilər:
Cud Bellingem
Eduardo Kamavinqa
Federico Valverde
Aurelien Çuameni
Arda Güler
Dani Sebalyos
🔹 Hücumçular:
Viniçius Junior
Endrik
Kilian Mbappe
Rodriqo
Qonsalo
Brahim Dias
Franco Mastantuono
Görüş 30 sentyabr tarixində Almatıdakı Mərkəzi Stadionda baş tutacaq. Oyunun start fiti 20:45-də (Bakı vaxtı ilə) səslənəcək.