AZ

Azərbaycan banklarının aktivləri 12%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin sentyabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 55,672.4 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 6 milyard 105 milyon manat və ya 12,3% artıb. 

Belə ki, 1 sentyabr 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 49 mlrd. 568 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 48,595.3 mln. manat (12,3% artıb), balans kapitalı 7,077.1 mln. manat (12,1% artıb) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
17
banco.az

1Mənbələr