AZ

Lotereyadan 410 milyon dollar qazanan şəxs:”İndi milyonçuyam, amma dünən axşam paltar yuyurdum”

Ulusal.az  xəbər verir ki, ABŞ-ın Missuri ştatından olan bir şəxs Powerball lotereyasında 410 milyon dollar qazanaraq bu ştat tarixində ən böyük uduşun sahibi olub. Qalibin şəxsiyyəti ictimaiyyətə açıqlanmasa da, o, lotereya icmasına müsahibəsində həyat tərzində hələlik ciddi dəyişiklik etmədiyini bildirib.

“Mən daha çox evdə olmağı sevən insanam. Mənim üçün ideal gün — evdə oturub istirahət etməkdir. Mən milyonçuyam, milyarderəm… Amma dünən axşam paltar yuyurdum,” – deyə o zarafatla bildirib.

Uduşdan sonra ilk olaraq bir ili özünə həsr etmək istədiyini deyən qalib, bu planın tam həyata keçəcəyinə isə əmin deyil:

“Ehtimal edirəm ki, həyat yoldaşım məni şəhərdən çıxmağa vadar edəcək.”

Qeyd edək ki, 410 milyon dollarlıq bilet 6 sentyabr tarixində Sent-Luis şəhərindəki QuickTrip adlı fast-food restoranında alınıb.

Xatırladaq ki, ötən il ABŞ-da Laosdan olan bir immiqrant, xərçəng xəstəsi olmasına baxmayaraq, Powerball lotereyasında 1,3 milyard dollar qazanmışdı.

Seçilən
14
2
moderator.az

3Mənbələr