AZ

Qırğızıstan ölkələrə çağırış etdi

BAKI, 29 sentyabr. TELEQRAF

Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin illik əlaqələndirmə toplantısında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə İslam dünyası ölkələrinin qarşısında duran aktual problemlər və çağırışlar, həmçinin İƏT-ə üzv dövlətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub. İslam dünyasının bir sıra region və ölkələrində təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Jenbek Kulubayev çıxışında Qırğızıstanın istənilən silahlı münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini qeyd edib və beynəlxalq ictimaiyyəti Qəzza zolağında atəşkəs rejiminə əməl etməyə və Fələstin-İsrail münaqişəsini BMT qətnamələrinə uyğun olaraq “iki xalq üçün iki dövlət” prinsipi əsasında həll etməyə çağırıb.

Nazir həmçinin bildirib ki, Qırğızıstan həmişə BMT Nizamnaməsində və digər fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsiplərinə hörmətin tərəfdarı olub.

Bundan əlavə, J.Kulubayev İƏT-in sülh quruculuğu, qabaqlayıcı diplomatiya, vasitəçilik səyləri, eləcə də terrorizm, ekstremizm və islamofobiya ilə mübarizədə potensialının gücləndirilməsi istiqamətində səylərinin vacibliyini qeyd edib.

Seçilən
30
teleqraf.com

1Mənbələr