AZ

Moldovada parlament seçkilərində Sandunu partiyası liderdir

Bazar günü keçirilən parlament seçkilərində Maya Sandunun Avropayönlü Moldova Fəaliyyət və Həmrəylik Partiyası açıq-aşkar üstünlük və səs çoxluğu qazanıb. Səsvermə ölkənin Avropa İttifaqına gələcək inteqrasiyası üçün həlledici hesab olunur.

Məlumatı Euronews verib.  

Məntəqələrin 99,5 faizində səslərin hesablanmasından sonra Fəaliyyət və Həmrəylik partiyası 49,9 faiz səslə liderdir.

Rusiyayönlü Vətənpərvər Seçki Bloku 24,28%, Rusiyaya dost Alternativ bloku 7,9%, Şərqlə Qərb arasında “balanslaşdırılmış xarici siyasət” axtaran populist “Bizim partiya” 6,2% səs toplayıb. Sağçı “Evdə Demokratiya” partiyası 5,6% səs toplayıb.

Səsvermə nəticəsində 101 yerlik yeni parlament seçiləcək, bundan sonra Moldova prezidenti yeni baş naziri təyin edəcək. Təklif olunan hökumət parlament tərəfindən təsdiqlənməlidir.

P.Əmircanov
XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr