AZ

III MDB Oyunları: Bu idmançılar 1-ci oldu

Rusiya idmançısı Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, Dmitri Kravtsov 100 metr məsafəyə arxasıüstə üzmə yarışında birinci olub.

Belarusdan olan Mikita Apanasik və Kiril Bantseviç müvafiq olaraq 2 və 3-cü yerləri tutublar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

***

Belarus təmsilçisi Vsevolod Sarakavik Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.

Məlumata görə, o, 50 metr məsafəyə bras üsulu ilə üzməkdə birinci olub.

Rusiyalı Kirill Veremçuk ikinci, özbəkistanlı Muhammadismail Rahmonov üçüncü yeri tutub.

***

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar müəyyənləşib.

Məlumata görə, qadınların mübarizəsində 100 metr məsafəyə bras üsulu ilə üzməkdə qalib bəlli olub.

Rusiyalı Maya Yakovleva qızıl, Belarusdan olan Valeriya Şilko və Bajena Pivaş müvafiq olaraq gümüş və bürünc mükafat qazanıblar.

Seçilən
10
2
konkret.az

4Mənbələr