AZ

Mirzoyan Rumıniyanın XİN rəhbəri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Rumıniyanın xarici işlər naziri Toiu Oana Nyu-Yorkda erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.

Missiya.Az xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.

“Mən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdüm”, - deyə siyasətçi vurğulayıb. 

Toiu qeyd edib ki, biz regional sülhü, dialoqu, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin hərtərəfli normallaşdırılmasını qətiyyətlə dəstəkləyirik. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
28
1
missiya.az

2Mənbələr