AZ

"Azəriqaz” İB-nin kommersiya sahəsi üzrə 2025-ci il ərzində görülmüş işlərin nəticələrinə dair müşavirəkeçirilib

“Azəriqaz” İstehsalat Birliyinin kommersiya sahəsində 2025-ci il ərzində görülmüş işlərin nəticələrinə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Redaktor.az xəbər verir ki, müşavirədə Birliyin rəhbərliyi, müvafiq departamentlərin nümayəndələri və regional idarələrin məsul şəxsləri iştirak ediblər.

Müşavirə zamanı satılan qazın dəyərinin ödənişi və debitor borcların idarə edilməsi istiqamətində regional idarələr üzrə həyata keçirilən tədbirlər, o cümlədən SOCAR rəhbərliyi tərəfindən Birlik qarşısında qoyulmuş hədəflərin icra vəziyyəti ayrı-ayrılıqda müzakirə edilib.

Qeyd olunub ki, cari ilin 8 ayı ərzində vaxtı ötmüş debitor borcların yığımı 35 milyon manatdan çox olub, əhali və qeyri-əhali sektorları üzrə cari ödənişlər isə 100% təşkil edib.

Tədbirdə debitor borcu olan abonentlərin qaz təminatının dayandırılması və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, zəruri hüquqi tədbirlərin görülməsi, eləcə də ManageFields proqram təminatından istifadə etməklə sahə işlərinə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qəbul olunmuş qərarlar “Azəriqaz”ın xidmət keyfiyyətinin yüksəldilməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına və abonentlərlə işin səmərəliliyinin artırılmasına xüsusi töhfə verəcək.

22222
Seçilən
25
10
redaktor.az

10Mənbələr