AZ

“Sumqayıt”ın “Sabah”a vurduğu qol tarixə düşüb

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolunu vurub.

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının VI turuna təsadüf edib.

“Sabah”la görüşdə (1:1) fərqlənən Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub.

200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb. “Sumqayıt” turnirin tarixində ən azı 200 səfər qolu vuran 9-cu komandadır.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.

Valdas Dambrauskas: “Meydançada bir adamın şousu var idi”

Saşa İliç: “Sabah” bizdən qat-qat güclü idi”

“Sabah”ın stadionunda işıqlar söndü, oyun dayandırıldı

Masazırda bərabərlik - YENİLƏNİB

Kurban Berdıyev: “Qələbəyə layiq idik”

Seçilən
25
9
apasport.az

10Mənbələr