AZ

Ukrayna Rusiya helikopterini dronla belə məhv etdi ANBAAN VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus Mi-28 tipli helikopteri FPV dronu ilə məhv edib. Bizim.Media xəbər verir ki, u barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) məlumat verib.

 

Xatırladaq ki, bundan əvvəl, sentyabrın 27-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) hərbçiləri Melitopolda Rusiya ordusuna məxsus UAZ avtomobilini, içərisində azı dörd dron operatoru olmaqla, sıradan çıxarıblar.

Hadisə Zaporojye vilayətinin Melitopol şəhərində yerləşən aviaşəhərcikdəki bağlı və mühafizə olunan hərbi bazada baş verib.Həmçinin sentyabrın 21-də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Prizraklar” adlı xüsusi təyinatlı bölməsi işğal olunmuş Krımda Rusiya ordusuna məxsus texnikanın məhv edilməsinə dair videogörüntülər yayıb. Ukrayna kəşfiyyatının məlumatına görə, hücum nəticəsində üç ədəd Mi-8 çoxməqsədli helikopteri və 55J6U “Nebo-U” tipli radiolokasiya stansiyası məhv edilib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
2
bizim.media

4Mənbələr