AZ

“Bu Azərbaycan oğullarının zəfər yürüşünün başlanğıcı idi”- Politoloq

“44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının haqq səsini dünyaya bir daha çatdırdı. 30 il ərzində beynəlxalq təşkilatlardan kömək gözləyən Azərbaycan xalqı, bu yardımın gəlməyəcəyini anladıqdan sonra öz əzəli torpaqlarını işğalçılardan azad etmək qərarına gəldi. Azərbaycan oğulları Vətən uğrunda canlarını riskə ataraq döyüş meydanına çıxdılar.” – bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt edilmişdi, Azərbaycan əsgəri qısa zamanda bu rayonu işğaldan azad etdi.

“İşğal dövründə Cəbrayıl rayonuna 13,9 milyard ABŞ dolları həcmində böyük ziyan dəymiş, minlərlə sakin məcburi köçkün kimi müxtəlif yerlərdə məskunlaşmışdır. 362 nəfər şəhid, 191 nəfər isə əlil olmuş, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu əks-hücum edərək bir sıra strateji yüksəklikləri azad etmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı isə Cəbrayılın Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və digər kəndləri, o cümlədən rayon mərkəzi 27 il sonra düşmən işğalından azad edildi. Azərbaycanın müzəffər ordusu qısa müddətdə uzun illər işğal altında olan torpaqları geri qaytarmaqla ölkənin ərazi bütövlüyünü bərpa etdi və xalqın qürurunu daha da yüksəltdi. Cəbrayılın azad edilməsi uğrunda döyüşən, canlarından keçən qəhrəmanlarımızın fədakarlığı və cəsarəti Azərbaycan xalqı və dövlət tərəfindən yüksək qiymətləndirilir və heç vaxt unudulmayacaqdır.”- deyə Arzuman Muradlı bildirib.

Seçilən
17
moderator.az

1Mənbələr