AZ

“Tətik mexanizmi” işə düşdü: İran “barıt çəlləyi”nə çevrilib

Məlum olduğu kimi, Qərblə İran arasında nüvə proqramı məsələsində anlaşma əldə olunmadığı üçün 2015-ci ildə əldə edilmiş razılaşma pozulub.

Tribunainfo.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası həmin sanksiyaların geri qaytarılması barədə qərar verib.

Bazar günündən etibarən isə “tətik mexanizmi”, yəni İran üçün ən ağır sanksiyalar qüvvəyə minib. İran hakimiyyəti bu sanksiyaların onlara ciddi təsir etməyəcəyini bəyan etsə də, daxildə durum getdikcə ağırlaşmağa başlayıb. Belə ki, dollar bir günün içində 12 min tümən, təxminən 9 faiz bahalaşıb. Paralel olaraq, qızıl da bahalaşıb. Burada artım isə hər qram üçün 4-5 manat təşkil edib.

Qeyd edək ki, rəsmi Tehranın nə deməsindən asılı olmayaraq, yerli ekspertlər durumun pis olduğunu bildirirlər. Onların təxminləri belədir ki, mövcud bahalaşma insanların onsuz da ağır olan iqtisadi vəziyyətini bir qədər də pisləşdirəcək. Ekspertlər vurğulayırlar ki, son sanksiyalardan sonra yoxsulluğun, işsizliyin və infliyasiyanın artması ölkədə yeni etirazların təməlini qoyacaq.

Fərda Uğur

Seçilən
14
1
tribunainfo.az

2Mənbələr