AZ

Məhşur pop ulduzu evləndi

Ajans.az Vogue-a istinadən xəbər verir ki,mərasimdə Qomezin yaxın rəfiqəsi Teylor Svift, aktyor Pol Radd, eləcə də aktrisanın “Only Murders in the Building” serialında tərəf müqabili olan Stiv Martin və Martin Şort da daxil olmaqla çoxsaylı tanınmış simalar iştirak edib. Qomez Instagram hesabında ağ, sinə dekolteli gəlinlikdə, Blanko isə tünd rəngli smokində görüntüləndikləri romantik fotoları “9.27.25” tarix qeydi və sevgi simvolları ilə paylaşaraq toylarını təsdiqləyib. Toy fotosuna şərh yazan Blanko gəlininə sevgi dolu mesajla “Real həyatda həyat yoldaşım” sözlərini ünvanlayıb. 33 yaşlı Selena Qomez və 37 yaşlı Benni Blanko bir il davam edən münasibətdən sonra 2024-cü ilin dekabr ayında nişanlanıblar. Cütlük tanışlıqlarından əvvəl və sonra bir neçə musiqi layihəsində əməkdaşlıq edib. Mart ayında Qomez və Blanko birlikdə “I Said I Love First” adlı albomu təqdim ediblər. Albomda onların şəxsi sevgi hekayələrindən ilhamlandığı bildirilir. Onlar həmçinin 2015-ci ildə "Same Old Love" və "Kill Em with Kindness" hitlərini, 2019-cu ildə isə Tainy və J Balvin ilə birgə “I Can’t Get Enough” mahnısını buraxıblar. Selena Qomez musiqi karyerasına başlamazdan əvvəl Disney Kanalının "Wizards of Waverly Place" serialında rol alaraq məşhurlaşıb. O, son zamanlar “Emilia Perez” filmində Jessica Del Monte rolunu canlandırıb. Benni Blanko isə 2018-ci ildə “Friends Keep Secrets” adlı solo albomunu təqdim edib. O, indiyədək Katy Perry, Britney Spears, Kesha və bir çox məşhur ifaçılar üçün mahnı və albomlar prodüser edib.

 

Seçilən
40
Ajans.az

1Mənbələr